İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Kazımov Emil Faiq oğlu, Məmmədov Cabbar Məmmədrza oğlu, Əliyev Habil Hüseyn oğlu, Babayev Fuad İlqar oğlu və Quliyev Kənan Əli oğlunun ekstradisiyası həyata keçirilib.
Bildirilib ki, onların ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
