İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycana qarşı növbəti tənqid dalğası başlayıb.
Mübahisələr BMT Baş katibi vəzifəsinə namizədlərlə bağlı Azərbaycanın mövqeyindən sonra yaranıb. Belə ki, Azərbaycan XİN BƏƏ-nin dövlət naziri Lana Zəki Nusseibehin namizədliyi ilə bağlı müraciətə diplomatik cavab verib.
Bundan sonra sosial şəbəkələrdə rəsmi Bakının Türkiyənin mümkün namizədi Feridun Sinirlioğlunu dəstəkləmədiyinə dair ittihamlar səsləndirilib.
Təhlildə qeyd olunur ki, Türkiyə hələ Sinirlioğlunun namizədliyini rəsmən irəli sürməyib və Azərbaycana bununla bağlı müraciət etməyib. Buna görə də Azərbaycanın mövqeyinin tənqid olunması əsassız hesab edilir.
Məqalədə Türkiyədə Azərbaycana qarşı yayılan ittihamların iki ölkə münasibətlərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.
