İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəlilabad rayonunda xəsarətlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Mollalı kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı iki “VAZ 2107” və bir “VAZ 2106” markalı minik avtomobili toqquşub.
Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir. Hadisənin təfərrüatları araşdırılır.
