İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birində xoşagəlməz hadisə baş verib. Naməlum şəxslərdən ibarət qrup məktəbin əmlakına ziyan vuraraq binaya “Molotov kokteyli” atıb.
Hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M. Əhədov və onun tanışı M. Hüseynov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
