İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Mingəçevir şəhərinin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bıçaqlanma hadisəsi baş verib.
Hadisə zamanı 1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
