İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən bərpa olunacaq.
Belə ki, qatarlar noyabrın 20-dən Bakıdan, noyabrın 21-dən isə Balakəndən yola düşəcək.
Buna səbəb sel nəticəsində zərər görmüş Qax–Zaqatala dəmir yolu xəttində təmir işlərinin başa çatdırılmasıdır. Bununla da müvəqqəti dayandırılmış sərnişindaşıma xidməti yenidən fəaliyyətə başlayacaq.
