Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsi avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol və Əlibəyov qardaşları küçəsi isə avqustun 22-si saat 09:00-dan etibarən müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işləri ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmaları xahiş olunur.
