ABŞ-də keçirilən 2026-cı il Dünya Çempionatının qalmaqallı finalından sonra FIFA Argentina millisinin futbolçuları və Futbol Assosiasiyası ilə bağlı sərt intizam qərarları qəbul edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, FIFA-nın İntizam Komitəsi İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları final qarşılaşmasından sonra baş verən qarşıdurma və qayda pozuntularına görə bir sıra cəzalar tətbiq edib.
Qərara əsasən, Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 10 oyunluq, müdafiəçi Nauel Molina isə 7 oyunluq diskvalifikasiyaya məruz qalıb. Hər iki futbolçu 90 min dollar məbləğində cərimələnib.
Tiaqo Almada 1 oyunluq cəza və 30 min dollar cərimə alıb. Məşqçilər korpusunun üzvü Roberto Ayala isə 3 oyunluq diskvalifikasiya olunub və 30 min dollar cərimələnib.
İspaniya millisinin futbolçusu Qavi də qarşıdurmada iştirakına görə 1 oyunluq cəza və 30 min dollar cərimə ilə üzləşib.
Bundan əlavə, Argentina Futbol Assosiasiyası azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli şüarları, komandanın intizamsız davranışı və idman tədbirindən siyasi nümayiş məqsədilə istifadə olunmasına görə ümumilikdə 321 min dollar cərimələnib.
Xatırladaq ki, argentinalı futbolçular yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub etdikdən sonra Folklend adaları ilə bağlı “Las Malvinas son Argentinas” şüarının yer aldığı pankart nümayiş etdiriblər.
Qərara əsasən, Argentina millisi növbəti iki ev oyununu stadion tutumunun yalnız 50 faizi qarşısında keçirəcək.
