Ramik Hacıyev bir neçə il əvvəl Azərbaycan millisində çıxış etmək üçün təklif aldığını, lakin bu təklifi qəbul etmədiyini bildirib.
Futbolçu həmin vaxt Ukrayna millisinin Azərbaycan yığmasından daha güclü və nüfuzlu olduğunu düşündüyünü deyib. O, Ukraynada özünü rahat hiss etdiyini və heç nəyi dəyişmək istəmədiyini vurğulayıb.
“U-19 komandasının üzvü idim və burada hər şeydən razı idim. Heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm”, – deyə Hacıyev bildirib.
“İlkinxeber.az” informasiya agentliyinin məlumatına görə, Ramik Hacıyev daha əvvəl Azərbaycan millisində oynamaq üçün ona təklif gəldiyini və həmin təklifdən imtina etdiyini açıqlamış
