Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın akrobatika gimnastlarından ibarət heyət müəyyənləşib.
ilkinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda ölkəmizi ümumilikdə 7 idmançı təmsil edəcək.
Daniel Abbasov–Murad Rəfiyev və Seymur Cəfərov–Rəsul Seyidli duetləri kişi cütlükləri kimi medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva ölkəmizin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, iyunun 5–7-də Milli Gimnastika Arenasında keçiriləcək Dünya Kubokunda 10-dan çox ölkənin idmançıları çıxış edəcək.
