İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Fənərbağça” klubunun mümkün baş məşqçi namizədləri sırasında yer alıb.
Türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler İstanbul təmsilçisində İsmail Kartalın ayrılmasından sonra gündəmə gələn namizədlərin adlarını açıqlayıb.
Siyahıda Qurban Qurbanovla yanaşı, Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Demirelin də adları yer alıb.
