Ağdaş Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, filologiya elmləri namizədi, alim-pedaqoq Veyis Məmmədov vəfat edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Veyis Məmmədov 80 yaşında dünyasını dəyişib.
O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri olub. Veyis Məmmədov 1992-1993-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Alim-pedaqoq kimi elmi və pedaqoji fəaliyyətlə də məşğul olan Veyis Məmmədovun vəfatı ilə bağlı yaxınlarına və doğmalarına başsağlığı veririk.
