ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, tanınmış jurnalist Nəcəf Nəcəfovun İkinci Fəxri xiyabandakı məzarından bürünc barelyef oğurlanıb. Hadisə sentyabrın 9-da səhər saatlarında “Qurd qapısı” ərazisində yerləşən xiyabanda qeydə alınıb. Jurnalistin məzar daşına quraşdırılmış barelyef onun vaxtilə rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin səhifələrini əks etdirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb. Araşdırma zamanı barelyefin satıldığı yer də müəyyən edilib. Maddi sübut kimi götürülən barelyefə baxış zamanı onun hissələrə doğrandığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq və digər zəruri tədbirlər davam etdirilir. Qeyd edək ki, Nəcəf Nəcəfov 1980-1990-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinə rəhbərlik edib. Tanınmış jurnalist 1999-cu ildə vəfat edib.
Nəcəf Nəcəfovun məzarına qarşı hörmətsizlik
Şərh edilməmiş
- Advertisement -
