İLKİNxeber.az-ın məlumatına görə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayaraq qurumun sədr müavinlərini yenidən formalaşdırıb.
Qərara əsasən, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib.
Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, Gəncəli İstehsalat və Kommersiya şirkətinin rəhbəri Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, adıçəkilən şəxslər əvvəlki dövrlərdə də sədr müavini vəzifəsində çalışıblar. Qurumun nizamnaməsinə uyğun olaraq, qurultaydan sonra rəhbərlik tərkibi yenidən təsdiqlənir. Aprelin 23-də keçirilən doqquzuncu qurultaydan sonra bu proses həyata keçirilib.
