İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik rayonunda vətəndaşların səyyar qəbulunu keçirib.
Qəbulda Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar iştirak ediblər. Görüş zamanı kənd təsərrüfatının müxtəlif sahələri, subsidiyalar, torpaq münasibətləri, güzəştli kreditlər, aqrar sığorta, suvarma, heyvandarlıq və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Nazir hər bir müraciətə fərdi qaydada baxıldığını bildirib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Səyyar qəbulun məqsədi vətəndaşların kənd təsərrüfatı sahəsində qarşılaşdıqları problemlərin öyrənilməsi, onların təklif və müraciətlərinin operativ şəkildə həllinə dəstək göstərilməsi olub.
