Azərbaycanda enerji səmərəliliyinin artırılması istiqamətində tətbiq olunan yeni tələblər çərçivəsində 60 Vt gücünədək olan elektrik közərmə lampalarının da idxalı, istehsalı və satışı qadağan edilib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, qadağa dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə oluna bilən elektrik közərmə lampalarına şamil edilir.
Bununla yanaşı, istehsal proseslərində istifadə olunan və əsas təyinatı işıqlandırma olmayan məhsullar üçün nəzərdə tutulmuş xüsusi közərmə lampaları bu məhdudiyyətin əhatə dairəsinə daxil edilmir.
Qeyd edək ki, bundan əvvəl qüvvəyə minmiş qərara əsasən, bu ilin yanvarın 1 tarixindən etibarən 60 Vt və daha yüksək gücə malik elektrik közərmə lampalarının da ölkəyə idxalı, istehsalı və satışı qadağan olunub.
