Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Rəşad Həsənov Maliyyə Nazirliyində nazirin müşaviri vəzifəsinə təyin edilib.
Rəşad Həsənov bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.
Yeni müşavir qeyd edib ki, dövlət qulluğunda fəaliyyətini Maliyyə Nazirliyində davam etdirəcək və dövlət maliyyəsinin idarə olunması istiqamətində həyata keçirilən islahatlara töhfə verməyə çalışacaq.
Qeyd edək ki, Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub. O, 2019–2023-cü illərdə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində çalışıb.
