Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması nəzərdə tutulur.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunan qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, Azərbaycan və İordaniyanın ümumvətəndaş pasportu daşıyan vətəndaşları qarşılıqlı səfərlər zamanı viza tələbindən azad ediləcəklər.
Qeyd edək ki, iyulun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında bununla bağlı saziş imzalanıb.
Komitə qanun layihəsini müzakirə etdikdən sonra onun Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edilməsi barədə qərar qəbul edib.
Azərbaycan-İordaniya arasında viza tələbi aradan qalxır
Şərh edilməmiş
