İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu Tuzla bələdiyyəsinin keçmiş rəhbəri Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə İmamoğlu 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə prokuror daha əvvəl İmamoğlu üçün 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzası tələb etmişdi.
Müdafiə tərəfinin çıxışlarından sonra məhkəmə yekun qərarını açıqlayıb.
Qərar apellyasiya instansiyasında ləğv edilməzsə, İmamoğlu barəsindəki siyasi qadağa qüvvəyə minəcək. Bu halda İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi üçün məclis üzvləri arasında yenidən seçki keçirilməsi nəzərdə tutulur.
Ekrem İmamoğlu nə qədər həbs cəzası aldı?
Şərh edilməmiş
