İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikası əsasında hazırlanmış özbək əlifbasında dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qəbul edilən dəyişikliklər ölkədə dil islahatlarının yeni mərhələsinin başlanmasına səbəb olacaq. Qanuna əsasən, mövcud əlifbanın quruluşu yenilənəcək və yeni standart tətbiq olunacaq.
Yeni qaydalara görə, özbək əlifbası əvvəlki kimi 26 hərf və 3 hərf birləşməsindən deyil, 28 hərf və 1 apostrofdan ibarət olacaq.
Qanun layihəsində keçid dövrü ilə bağlı müddəalar da nəzərdə tutulub. Köhnə qrafika ilə hazırlanmış rəsmi sənədlər, banknotlar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq istifadəyə yararsız hala düşənədək qüvvədə qalacaq.
Senat nümayəndələrinin sözlərinə görə, dəyişiklik özbək dilinin rəqəmsal mühitdə və informasiya texnologiyalarında daha rahat tətbiqinə imkan verəcək.
Qanun layihəsinin imzalanması üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim ediləcəyi bildirilir.
Özbəkistanda əlifba dəyişir: Yeni qaydalar təsdiqləndi
Şərh edilməmiş
