İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, dünya bazarında neft qiymətlərində azalma müşahidə olunub.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə “Brent” markalı neftin füçersləri 0.43 dollar (0.43%) ucuzlaşaraq bir barel üçün 100.26 dollar təşkil edib. Qeyd edək ki, əvvəlki sessiyada “Brent” 6.62 dollar (7%) bahalaşaraq 100.69 dollara yüksəlmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) isə sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.53 dollar (0.57%) azalaraq bir barel üçün 91.66 dollar səviyyəsində qərarlaşıb. Xatırladaq ki, əvvəlki sessiyada WTI markalı neft 5.36 dollar (6.2%) artaraq 92.19 dollar olmuşdu.
