Dünya bazarında Azərbaycan neftinin qiymətində enmə müşahidə olunub. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 faiz azalaraq 100,57 ABŞ dollarına düşüb.
Neft bazarındakı son göstəricilərə əsasən, “Brent” markalı neftin iyul fyuçersləri 96,80 ABŞ dolları səviyyəsində ticarət olunub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,69 ABŞ dolları azalaraq 98,38 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci ilin aprel ayında 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Hazırda bu marka üzrə neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
