By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycanda taun təhlükəsi ilə bağlı açıqlama
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Azərbaycanda taun təhlükəsi ilə bağlı açıqlama
Dünya

Azərbaycanda taun təhlükəsi ilə bağlı açıqlama

Lamiyə Turqay
Last updated: Oktyabr 5, 2026 2:57 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Azərbaycanın Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir.

Mərkəzdən bildirilib ki, hazırda Azərbaycanda taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Epidemioloji vəziyyət daim qiymətləndirilir və zərurət yaranacağı təqdirdə müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər.

Qeyd olunub ki, Azərbaycanda son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Ölkədə epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarətindədir. Rusiyadan Azərbaycana gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun həyata keçirilir.

Şübhəli hal aşkarlanarsa, xəstədən götürülən nümunələrin laborator müayinəsi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında aparıla bilər. Mərkəz bunun üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub.

Mərkəzin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət də daxildir.

Mütəxəssislərin məlumatına görə, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır. Xəstəlik əsasən gəmiricilər və birələr arasında yayılır. İnsanlar yoluxmuş heyvan və ya birələrlə təmas, bəzi hallarda isə xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə yoluxa bilərlər.

Taun müalicə olunan xəstəlikdir. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin müalicəsində mühüm əhəmiyyət daşıyır.

Hazırkı məlumatlara əsasən, Azərbaycanda əhali üçün xüsusi narahatlıq doğuran vəziyyət yoxdur. Vətəndaşlara yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etmək tövsiyə olunur.

Ceyhun Bayramov pakistanlı həmkarı ilə ABŞ–İran razılaşmasını müzakirə edib
Dubay Əmirinin qardaşı dəfn edildi
Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Türkiyəli məşqçi Azərbaycandan deportasiya edilib
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb
Share This Article
Facebook Email Print
Previous Article Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşdü
Next Article Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?