İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 76 yaşında vəfat edən kiçik qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum dəfn edilib.
Şeyx Əhmədin cənazə namazı Zaabil Böyük Məscidində qılınıb. Daha sonra onun cənazəsi Dubayda yerləşən Umm Hurair qəbiristanlığında torpağa tapşırılıb.
Şeyx Əhməd bin Rəşid əl-Məktumun ölüm səbəbi açıqlanmayıb.
BƏƏ-də onun vəfatı ilə əlaqədar 10 günlük matəm elan edilib. Matəm müddətində ölkə üzrə dövlət bayraqları yarıya endiriləcək.
Dubay Əmirinin qardaşı dəfn edildi
Şərh edilməmiş
