İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 2024-cü ildə polisin kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində saxlanılan dəstə üzvlərinin məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə qanunla nəzərdə tutulan ən aşağı həddən də az cəza təyin edilib.
Məhkəmə qarşısında Bahadır Qasımov və İkram Qasımov qardaşları, onların əmisi oğlu Fərhad Quliyev, həmçinin Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov mühakimə olunublar.
Təqsirləndirilən şəxslər cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi və valyuta tənzimi qaydalarının pozulması ilə bağlı maddələrlə ittiham ediliblər.
Məhkəmənin hökmü ilə bütün təqsirləndirilən şəxslərə həmin maddələr üzrə qanunda nəzərdə tutulan minimum həddən aşağı cəzalar verilib.
Məhkəmə kibercinayət dəstəsi ilə bağlı hökm çıxardı
Şərh edilməmiş
