İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu bildirib.
Səfir bu barədə X hesabında paylaşım edib. O, Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözlədiyini qeyd edib.
