İlkinxeber.az xəbər verir ki, Türkiyənin Dənizli şəhərinin Pamukkale qəsəbəsində azərbaycanlı qadınlara qarşı silahlı hücum hadisəsi baş verib.
Məlumata görə, 35 yaşlı Mətanət Altıntop 8 yaşlı oğlu və 32 yaşlı bacısı Turna Kardaş ilə birlikdə avtomobilə mindiyi zaman onun keçmiş sevgilisi Sabit Ö. tərəfindən tüfəngdən atəş açılıb.
Hadisə nəticəsində Mətanət Altıntop ayaqlarından, Turna Kardaş isə qolundan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Mətanət Altıntopun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Sabit Ö. hadisə yerindən qaçsa da, polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
