Milli Məclis ABŞ Konqresində Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı ölkəmizə qarşı irəli sürülən düzəlişlərə və ittihamlara kəskin etirazını bildirib.
Qeyd olunub ki, 2026-cı il iyulun 22-də aparılan müzakirələr zamanı səsləndirilən fikirlər əsassız və qərəzli xarakter daşıyır və Azərbaycan tərəfi bu iddiaları qəti şəkildə rədd edir.
Milli Məclisin bəyanatında vurğulanıb ki, bu təşəbbüs beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümunəsidir. Həmçinin bildirilib ki, ABŞ Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir.
