İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı tərəflər dünyada enerji sektorunda mövcud vəziyyəti, qarşıya çıxan çağırışları və onların aradan qaldırılması yollarını müzakirə ediblər.
Həmçinin Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi barədə razılıq əldə olunub.
