By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlham Əliyev Niderlandın xarici işlər naziri ilə görüşüb
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > İlham Əliyev Niderlandın xarici işlər naziri ilə görüşüb
Dünya

İlham Əliyev Niderlandın xarici işlər naziri ilə görüşüb

Lamiyə Turqay
Last updated: Oktyabr 26, 2026 1:45 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında siyasi, diplomatik, iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Dövlət başçısı ötən il Kopenhagendə Niderlandın sabiq Baş naziri Dik Sxofla keçirdiyi görüşü xatırladaraq, həmin vaxt iki ölkə arasında əməkdaşlığın gələcək imkanlarının müzakirə edildiyini bildirib. Prezident Tom Berendsenin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Niderlandın xarici işlər naziri qəbul üçün təşəkkürünü bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən ölkəsinin Tehrandakı səfirinin və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
O, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirərək, bu məsələnin Avropa üçün də böyük əhəmiyyət daşıdığını bildirib.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və işgüzar nümayəndə heyətlərinin görüşlərinin təşkili məsələləri də diqqət mərkəzində olub.
Tərəflər nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulanıb. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu bildirilib.

Tramp: İran nüvə silahına sahib ola bilməz
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərdə gərginlik yaranıb.
Zakir Həsənov Vuçiçlə görüşdü, əməkdaşlıq perspektivləri müzakirə edildi
İlham Əliyev Qazaxıstandakı hərbi təlimdə ölənlərlə bağlı Tokayevə başsağlığı verdi
27–31 May: Ardıcıl İstirahət Günləri
Share This Article
Facebook Email Print
Previous Article Sumqayıtda hərəkətdə olan “Lexus” yanıb
Next Article Cinayət işləri üzrə hüquqi yardım haqqında protokol təsdiqlənib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?