İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Tramp İtaliya mediasına müsahibəsində Meloninin G7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün “yalvardığını” iddia edib. O bildirib ki, bu istəyə sadəcə yazığı gəldiyi üçün razılıq verib.
Baş nazir Ciorcia Meloni isə səsləndirilən fikirlərə sərt reaksiya göstərib. O, Trampın açıqlamalarını “tamamilə uydurma” adlandıraraq qəti şəkildə təkzib edib. Meloni vurğulayıb ki, nə özü, nə də İtaliya heç vaxt heç kimə yalvarmayıb.
