Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.
İLKİNxeber.az xəbər verir ki, səfər proqramı çərçivəsində Serbiya Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev də iştirak edib. Tərəflər Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə fəaliyyət imkanları və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində müdafiə naziri Serbiyanın Kruşevaç şəhərində yerləşən “Slobodişte” Memorial Kompleksini də ziyarət edib. General polkovnik Zakir Həsənov İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad edib.
