İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Söhbət zamanı Vladimir Putin ad günü münasibətilə təbrik edilib. Telefon danışığında Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Dövlət başçıları, həmçinin əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivlərini müzakirə ediblər.
