İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Binəqədi rayonunun Çiçək qəsəbəsində 39 yaşlı alpinist üç evdən oğurluq edib.
Hadisə zamanı evlərdən ümumilikdə 4 350 manat pul, iki samovar və uşaq arabası götürülüb.
Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş maddi ziyanı ödəyib. Tərəflər barışıb və zərərçəkənlər şikayətçi olmayıb.
Buna baxmayaraq, məhkəmənin hökmü ilə həmin şəxs 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
