İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüş keçirib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Söhbət zamanı enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
