By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Kamran Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Kamran Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Dünya

Kamran Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Lamiyə Turqay
Last updated: İyul 1, 2026 3:04 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüş keçirib.

 

ilkinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipinə əsaslandığı, bu münasibətlərin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq, qarşılıqlı etimad və siyasi iradə sayəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb.

 

Bildirilib ki, iki ölkə arasında yüksək səviyyəli əlaqələr hüquq sahəsində əməkdaşlığın da genişlənməsinə şərait yaradıb. Bu çərçivədə prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin artırılması və beynəlxalq hüquqi əməkdaşlığın inkişafı xüsusi qeyd olunub.

 

Kamran Əliyev Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il Bakıya işgüzar səfərini, eləcə də Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətinin bu ilin fevral ayında İstanbula səfəri zamanı keçirilən görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyini bildirib.

 

Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığını ifadə edib.

 

Akın Gürlek isə qəbula görə təşəkkür edərək, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə istiqamətlərində əməkdaşlığın nümunəvi səviyyədə olduğunu bildirib. O qeyd edib ki, həyata keçirilən birgə fəaliyyət hər iki ölkənin hüquq sisteminin inkişafına və hüquqi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

 

Görüş zamanı hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub, iki qardaş ölkə arasında strateji müttəfiqliyin qarşılıqlı etimad və dəstək əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

 

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Azərbaycanlı TIR sürücüləri Gürcüstan gömrüyündə çıxılmaz vəziyyətdədir
Girnədə batan gəmidə ölənlərin sayı 12-yə çatdı
Kiyev vilayətinə azərbaycanəsilli rəhbər təyin olundu
Kəmaləddin Heydərov tərəfindən Abşeron rayonunda vətəndaş qəbulu keçiriləcək.
İsrail Prezidenti Azərbaycanı tolerant ölkə adlandırıb
Share This Article
Facebook Email Print
Previous Article İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüş keçirib
Next Article Əli Əsədov BMT-nin xüsusi elçisini qəbul etdi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?