İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İsrail Prezidenti İsxak Hersoq AQEM-in VII Zirvə Toplantısında çıxışı zamanı tədbirin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Hersoq Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin inkişafı istiqamətində mühüm işlər gördüyünü qeyd edib.
O, həmçinin Azərbaycanın çoxsaylı təzyiqlərə baxmayaraq, beynəlxalq sülh naminə vacib addımlar atdığını vurğulayıb.
