İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov prospektində baş verib.
35 yaşlı Süleyman Cabbarov avtomobili xarab olduğu üçün əsəbiləşərək ucadan söyüş söyüb. Polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymadığı üçün saxlanılıb.
Məhkəmənin qərarı ilə sürücü xırda xuliqanlıq əməlinə görə 1 ay müddətinə inzibati qaydada həbs edilib.
