İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Məlumata görə, 42 yaşlı Rafət Ağalarov həyat yoldaşı, 40 yaşlı Esmira Ağalarovanı boğaraq öldürüb.
Hadisədən sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumatlara əsasən, hadisənin qadının boşanmaq istəməsi ilə bağlı tərəflər arasında yaranan mübahisə zamanı baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
