Şimali Makedoniyada kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ölkənin Qostivar şəhərində su kəmərində bakterial çirklənmə səbəbindən 3 150 nəfərin səhhəti pisləşib.
Məlumata görə, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti daha ciddi olduğundan onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Hadisə ilə bağlı Qostivar Prokurorluğu araşdırmalara başlayıb. Bildirilir ki, su təchizatına cavabdeh olan “Komunalets” müəssisəsinin direktoru və daha iki texniki rəhbər barəsində cinayət işi açılıb. Onların səhlənkarlığı nəticəsində 22 gün ərzində su kəmərinə təhlükəli suyun daxil olduğu ehtimal edilir.
Hazırda adıçəkilən vəzifəli şəxslər həbs olunub, faktla bağlı istintaq davam etdirilir.
