Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən və “Mert Marine Corporation” şirkətinə məxsus “TEDY” yedək gəmisinə dron hücumu edilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə zamanı gəmidə 10 nəfərlik heyət olub. Heyət üzvlərindən dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşı olub.
Məlumata görə, ilk hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dəfə dron hücumuna məruz qalıb.
Son hücumlar nəticəsində Azərbaycan vətəndaşları, dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar.
Gəmidə olan digər iki Azərbaycan vətəndaşının isə yaralandığı bildirilir. Yaralı dənizçilər Odessa şəhərində xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunurlar.
Hadisənin təfərrüatları və hücumların hansı qüvvələr tərəfindən həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.
