İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiyanın Kamçatka bölgəsində 5,6 maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanlar bölgədə hiss olunub. Zəlzələnin ocağının dərinliyi və episentrə yaxın ərazilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Hazırda zəlzələnin hər hansı dağıntıya və ya insan tələfatına səbəb olub-olmadığı barədə rəsmi məlumat açıqlanmayıb. Bölgədə vəziyyətin monitorinqi davam etdirilir.
