Tanınmış repçi Elşad Xosenin səhhəti ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar gündəm olub.
İddialara görə, o, bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, məsələni araşdırmaq üçün xəstəxanaya üz tutan Baku TV-nin əməkdaşlarına tibb müəssisəsindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bununla yanaşı, Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, şəxslərin psixi sağlamlığı ilə bağlı məlumatlar qanunvericiliyə əsasən tibbi sirr hesab olunur və bu cür məlumatların açıqlanması qadağandır.
Nazirlik vurğulayıb ki, hər hansı şəxsin psixiatriya və ya narkoloji müəssisədə qeydiyyatda olub-olmaması barədə məlumat yalnız həmin şəxsin razılığı ilə və ya müvafiq dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumat “Skndlmag” adlı instaqram səhifəsində paylaşılıb.
