Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni müdafiə naziri Yevgeni Xmara qarşısında əsas vəzifələri müəyyənləşdirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Zelenskinin tapşırığına əsasən, Xmara müdafiə sisteminin fəaliyyətini yenidən qurmalı, silah istehsalı və tədarükünü genişləndirməli, qoşunların təchizatını yaxşılaşdırmalı və hava hücumundan müdafiə imkanlarını gücləndirməlidir.
Qeyd edək ki, Ukrayna parlamenti avqustun 19-da Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
