İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 19 yaşlı Ayxan Vəlizadəyə hökm oxunub.
Məhkəmə onun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, dövlət ittihamçısı gəncin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə 2025-ci ilin dekabrında Bakının Ramana qəsəbəsində baş verib. Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə öldürməkdə təqsirləndirilib.
