İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, saat 18:40 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qadın sərnişin qatar yoluna düşüb.
Hadisə ilə əlaqədar dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım çağırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün zəruri tədbirlər görülüb və qadın polis əməkdaşlarına təhvil verilib.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar hərəkətini davam etdirib. Hadisə səbəbindən intervalda 9 dəqiqəlik gecikmə yaranıb.
