İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib.
Hadisə zamanı 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun idarə etdiyi avtomobil keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Nəticədə Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
Şuşada avtomobil minaya düşüb
Şərh edilməmiş
