İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, əlverişsiz hava şəraiti səbəbindən sentyabrın 28-də Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salınıb.
AZAL-dan bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa olunacaq.
Sərnişinlər reyslərlə bağlı mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
