İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-14, gündüz isə 16-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Rayonlarda gecə 11-14, gündüz 16-19 dərəcə isti qeydə alınacaq. Dağlıq ərazilərdə isə gecə temperatur 0-5, gündüz 5-9 dərəcə isti olacaq.
