İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 2020-ci ildə “GP Stock Feed” MMC-yə məxsus 78 min manatı mənimsəməkdə ittiham olunan Azərbaycan vətəndaşı Elçin Abdulxalıqov Albaniyada saxlanılaraq oktyabrın 29-da Azərbaycana ekstradisiya edilib.
Məhkəmənin qərarı ilə o, istintaq təcridxanasına yerləşdirilib.
